Ukraynada Rusiya və Belarus müəssisələrinin əmlakı həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan məlumat verilib. Ukraynada Rusiya və Belarus müəssisələrinin 360 milyon qrivnadan çox dəyəri olan əmlakına həbs qoyulub.
Söhbət 10 milyon qrivnadan çox olan 315 dəmir yolu konteynerindən və 350 milyon qrivnadan çox olan inventar əşyalarından gedir.
Baş Prokurorluğun məlumatına görə, Rusiya Federasiyası və Belarusun müəssisələrinə məxsus ümumi dəyəri 10 milyon qrivnadan çox olan 315 dəmir yolu konteyneri və dəyəri 350 milyon qrivandan çox olan inventar müsadirə edilib.
Qeyd olunur ki, ibtidai istintaq zamanı müəyyən edilib ki, Ukrayna ərazisində Rusiya və Belarus müəssisələrinə məxsus dəmir yolu konteynerləri, habelə gömrük qaydalarını pozaraq idxal və istifadə edilən mineral gübrələrlə dolu 300 dəmir yolu vaqonu var.
“Bu əmlakın maddi sübut kimi təhlükəsizliyini və gələcəkdə mümkün müsadirəsini təmin etmək məqsədilə Kiyev şəhərinin Şevçenkovski Rayon Məhkəməsinin müstəntiq hakimlərinin qərarları əsasında həbs edilib. Müsadirə edilmiş əmlakın təxmini dəyəri 360 milyon qrivnadan çoxdur”, – hesabatda deyilir.
Xüsusi külli miqdarda qəsdən vergidən yayınma faktı üzrə ibtidai istintaq aparılır.
Xuraman Etibarlı,
KONKRET.az
