Ukraynada “Su-24M” qəzaya düşdü – İki hərbçi öldübackend

Ukraynada “Su-24M” qəzaya düşdü - İki hərbçi öldü

Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Xmelnitski vilayətində hərbi təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin rəsmi “Telegram” kanalında bəyanat yayılıb.

Bəyanatda bildirilir ki, hadisə iyunun 16-sı saat 19:00 radələrində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin ekipaj üzvləri – pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.

Hazırda təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. İlkin məlumatlara görə, qəza zamanı mülki əhali arasında xəsarət alan olmayıb.\\“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*