Ukraynada tanınmış rus zabiti, “Onlar orada yoxdur” kitabının müəllifi ÖLDÜRÜLDÜbackend

Ukraynada tanınmış rus zabiti, “Onlar orada yoxdur” kitabının müəllifi ÖLDÜRÜLDÜ

Ukrayna hərbçiləri Rusiya Federasiyasının “Mazay” ləqəbli baş leytenantı İlya Mazayevi məhv ediblər. O, Rusiya Federasiyasının zenit-raket taqımına komandirlik edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ştirlits” kimi çağırılan Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan “Twitter” səhifəsində yazıb.

Öldürülən zabit “Onlar orada yoxdur” kitabının müəllifi kimi tanınırdı.

“İlya Mazayev daha hekayəsinin davamını yazmayacaq. Rəsmi olaraq məhv edilib. Millətə eşq olsun, düşmənlərə ölüm” deyə “Ştirlits” bildirib.

“Mazay” daha əvvəl “Sülhməramlı” saytının məlumat bazasına əlavə edilib. Qeyd olunur ki, onun əsl adı Orlov Yevgeni Mixayloviçdir. “Mazay” Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner”in muzdlusu olub, Suriya və Liviyada döyüşüb.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*