“Yazırlar ki, “nə boydadır?” – “Bəli, o boyda olmasam…”backend

"Yazırlar ki, "nə boydadır?" - "Bəli, o boyda olmasam..."

Aparıcı Aytən Səfərova artıq çəkisi ilə bağlı səhhətində problemlər yaşadığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, aparıcı son günlər görünüşü bağlı ünvanına yazılan mənfi şərhlərə münasibət bildirib:

“Çox adam paylaşdığım videoda yazır ki, “Ay, bu nə boydadır?”. Bəli, o boyda olmasam, mən niyə arıqlamağa çalışım ki? İnsan çalışır həmişə qəşəng geyinsin, ört-basdır etsin. Amma bu, sağlamlığa toxunanda artıq sən anlayırsan. 100 metr gedən kimi təngnəfəslik başlayır. Əvvəl 5 mərtəbəni qalxırdım, 4-cü mərtəbədə təngnəfəs olurdum. Amma indi buna 1 mərtəbə qalxmaq da bəs edir. Ürəyimdə də bunu hiss edirəm. Ay effekt, gözəllik… Bax, Aytən Səfərova, bu budur. Ən yaxşısı sağlamlıqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*