Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildibackend

Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirildi

Qolodomor hadisələri ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Twitter” səhifəsində bildirib.

“1932-1933-cü illərdə Ukraynada Qolodomor zamanı ölən 7 milyon günahsız insanın xatirəsini anmaq üçün Azərbaycandakı səfirliyimizin bayrağı yarıya qədər endirilib və qurbanlar üçün şam yandırılıb. Ukrayna xalqına qarşı törədilən bu soyqırımın tarixi və ruhu hələ də yaşayır”, – deyə səfir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*