Ukraynanın “Azov” alayı terror təşkilatı kimi TANINDIbackend

Ukraynanın “Azov” alayı terror təşkilatı kimi TANINDI

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” alayını terror təşkilatı kimi tanıyıb.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bununla da alayın Rusiya Federasiyasının ərazisində fəaliyyəti qadağan edilib:

“Ukraynanın hərbiləşdirilmiş millətçi birliyi “Azov” terror təşkilatı kimi tanınsın və onun Rusiya Federasiyası ərazisində fəaliyyəti qadağan edilsin. Təşkilatın fəaliyyətinə qadağa qoyulması ilə bağlı qərar dərhal icra edilsin”,- qərarda bildirilib.

Qeyd edək ki, Rusiya Baş Prokurorluğu bu ilin əvvəlində “Azov”un qadağan edilməsi ilə bağlı iddia qaldırıb.

Hazırda Rusiya İstintaq Komitəsi “Azov” üzvlərinə qarşı Donbassda dinc əhalinin qətlində iştirakı ilə bağlı bir sıra cinayət işlərini araşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*