Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko NATO PA-nın Vilnüsdə keçiriləcək iclasına buraxılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Poroşenkonun rəhbərlik etdiyi “Avropa Həmrəyliyi” partiyasının deputatı İrina Geraşenko yayıb.
Onun sözlərinə görə, Poroşenko nümayəndə heyətinin tərkibinə salınsa da dövlət sərhədini keçə bilməyib.
Xatırladaq ki, Poroşenko Ukraynanın əsas qaz kəmərini özəlləşdirdiyinə görə ittiham olunur.
Onun sirlərini dövlət çevirilişində və terrorla əlaqədə şübhəli bilinən Ukrayna Təhlükəsizlik Xidmətinin üzvü, Putinin yaxın adamı Viktor Medvedçuk açıb və qeyd edib ki, ölkənin əsas neft emalı zavodunu sökmək (demontaj) üçün Poroşenko şəxsən özü onunla əlaqə saxlayıb. O isə bu haqda Rusiya Federasiyasının rəhbərliyinə məlumat verib.
Qeyd edək ki, Medvedçuk bu ilin aprel ayında evindən qaçdıqdan sonra saxlanılıb. 2021-ci ildə xüsusi xidmət orqanları Medvedçuka törətdiyi bir neçə əməlləri barədə məlumat veriblər. O, Krımın müvəqqəti işğal olunmuş ərazisində dövlətə qarşı fəaliyyətində və milli sərvətlərin talanmasında iştirakda şübhəli bilinir.
Roman Göytürk,
KONKRET.az
