Ukraynaya görə Rusiyanı “məhv etmək” istəyən Qərb Gürcüstana təcavüzdə niyə susub? – İLGİNC SƏBƏBLƏRbackend

Ukraynaya görə Rusiyanı "məhv etmək" istəyən Qərb Gürcüstana təcavüzdə niyə susub? - İLGİNC SƏBƏBLƏR

Rusiya 2008-ci ildə Gürcüstana hücum edəndə dünyanın heç bir ölkəsi Moskvanı ittiham etmədi. Kremlə qarşı sanksiyalar tətbiq olunmadı və ümumiyyətlə, Gürcüstana yardımlar gəlmədi. Amma Ukrayna ilə müharibədə biz fərqli və tamamilə əks mövqenin şahidi olduq. Bəs görəsən, Qərbin Ukrayna və Gürcüstana münasibətdə fərqli mövqe sərgiləməsinin səbəbi nədir? Bu ziddiyəti necə izah etmək olar?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Rusiyanın Gürcüstana soxulması ilə Ukraynanı işğal etməsi arasında bəzi fərqlər mövcuddur: “Öncə qeyd edək ki, Rusiyanın işğalçılıq siyasətinin əsası Gürcüstana təcavüzlə qoyulub. O zaman Qərb Rusiyanı siyasi oyuna gətirməyin və “məhv etməyin” ilk mərhələsini formalaşdırmağa başlayıb. Bu səbəbdən də Rusiya Gürcüstana hücum edən zaman Avropanın reaksiyası zəif olub. Əks halda Qərbin Gürcüstan məsələsində Kremlə güzəştə getdiyini düşünmürəm. Əslində Gürcüstan məsələsində Qərb Rusiyanı şirnikləndirməyə başladı. Beləcə, Moskva Gürcüstana təcavüzə heç bir reaksiya sərgiləməyən Qərbin Ukrayna məsələsinə də adekvat münasibət göstərəcəyini düşündü”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, 2014-cü ildə Krımı ilhaq etdikdən, Donets və Luqanskı nəzarətinə aldıqdan sonra Ruisya ilə bağlı vəziyyət ikinci mərhələyə keçdi: “Artıq Qrəb ölkələri bu məsələdə Moskvanın üzərinə getməyə başladılar. Amma çox sərt təpki göstərmədilər. Çünki məqsəd Rusiyanı uzunmüddətli müharibəyə sürükləmək idi. 2022-ci ilin fevralında müharibənin başlaması artıq Qərb ölkələri üçün geniş imkanlar yaratdı. Bu gün Rusiya Avropa ölkələrinin əlində əsirə çevrilib. Ona görə də, hesab edirəm ki, Gürcüstana təcavüzdə sərgilənən susqunluq strateji gediş idi. Yəni Qərb məsələyə “bir addım geri, iki addım irəli” prinsipi ilə yanaşıb. İndi də həmin addımı davam etdirir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*