Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir.
KONKRET.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.


Uwaq pulu verilsin.Yataq xestesi anayam yoldawim baxmir anam ikimizede baxir catdira bilmir.
Ünvanlı sosial yardıma müraciət etmişik gəlif baxan maraqlanan yoxdur.iki aydı gözləyirəm
Birazda döz
Uşaq pulu verilməlidir. Həqiqətən catdırmaq olmur. Cətinliklə dolanırıq.
Mən sosial alırdım adi bir səbəblə kəsdilər ,xahiş edirem mene yardım edin ,sosialim bərpa olunsun sola bilmirik
Usaq pulu isdeyirem usaqlarin mekdebe gedir alimet aliram özüm isleyirem amma çadıra bilmirem
İşlə təmin edin məni
Uşaq puluycun Hansi senetler lazım olur