ÜST “Delta” və “Omikron”nun hibridi ilə bağlı AÇIQLAMA YAYDI – FOTObackend

ÜST “Delta” və “Omikron”nun hibridi ilə bağlı AÇIQLAMA YAYDI - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove, “Delta” və “Omikron” koronavirus ştamlarının iddia edilən hibridinin laboratoriya səhvi nəticəsində yarana biləcəyini elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında məlumat verib.

“Deltakron ştamının sekvensiya zamanı çirklənmə nəticəsində əmələ gəlməsi ehtimalı yüksəkdir”, – deyə o, bildirib.

Mütəxəssis həmçinin müxtəlif virusların eyni vaxtda dövranını ifadə etmək üçün “Deltakron”, “Flurona” və ya “Flurone” kimi terminlərdən istifadə etməməyi xahiş edib. Onun sözlərinə görə, bu ifadələr virusların və ya ştamların birləşməsini göstərir, halbuki bu baş vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*