ÜST rəsmisi Şamaxıda Avropa İmmunlaşdırma Həftəsində iştirak etdibackend

ÜST rəsmisi Şamaxıda Avropa İmmunlaşdırma Həftəsində iştirak etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge Şamaxıda Avropa İmmunlaşdırma Həftəsində iştirak edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Azərbaycanın Şamaxı şəhərində Avropa İmmunlaşdırma Həftəsi zamanı tibb bacısı və həkim tələbələrinin ilk dəfə səhiyyə xidməti göstərdiklərinə dair hesabat verdiklərini dinləmək adamı ruhlandırırdı. Yüksək qan təzyiqi olanları ayırd etmələri, uşaqlara çatışmayan peyvənd vermələri, xəstələrlə söhbətləri tədrisdə əvəzsiz təcrübədir!”, – paylaşımda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*