Üzgüçümüz beynəlxalq turnirin finalına yüksəldibackend

Üzgüçümüz beynəlxalq turnirin finalına yüksəldi

Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir davam edir.

KONKRET.az xəbər verir ki, milli komandamızın üzvü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulla yarışın A finalına vəsiqə qazanıb.

Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*