İşə gəlməyən əməkdaş işdən çıxarıla bilər.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsinə əsasən tənzimlənir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.
Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçinin xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur.
Yəni işçi üzürlü səbəb olmadan 1 gün işə gəlməzsə, bu zaman əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.
