Vardanyan aclıq aksiyasını dayandırdıbackend

Vardanyan aclıq aksiyasını dayandırdı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan aclıq aksiyasını dayandırıb.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vardanyan bu barədə məlumatı ailəsinə göndərdiyi audiomesajda açıqlayıb.

Vardanyan bildirib ki, fevralın 18-də başlatdığı aksiyanı martın 12-də dayandırıb. Onun sözlərinə görə, hazırda yaxşı vəziyyətdədir.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*