Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF – Həbs edilə bilərbackend

Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər

ABŞ prezidenti Donald Trampın kəskin tənqidçisi, Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib.

KONKRET.az xəbər verir ki, cümə günü Merilend ştatının federal məhkəməsində keçirilən dinləmə zamanı Bolton Ağ Evdə işlədiyi dövrdə milli təhlükəsizliyə aid məxfi məlumatları qəsdən saxlamaq ittihamı üzrə özünü təqsirli bilib.

Təqsiri etiraf etməklə bağlı əldə olunmuş razılaşmaya əsasən, Boltonu beş ilə qədər həbs cəzası gözləyir və o, 2,25 milyon dollar məbləğində cərimə ödəməyə razılıq verib. Məhkəmənin hökmü oktyabrın 28-nə təyin edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*