Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
“Hər hansı etibarlı çərçivə İranla koordinasiyaya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır. Əks təqdirdə, müəyyən edilmiş alternativ marşrutun fəaliyyəti dayandırılacaq”, – Qəribabadi əlavə edib.
Qeyd edək ki, anlaşma memorandumunun 5-ci bəndində sənəd imzalandıqdan sonra İranın öz maksimum səylərini göstərərək, yalnız 60 gün müddətinə və heç bir ödəniş tələb etmədən, ticarət gəmilərinin Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə təhlükəsiz keçidini təmin etmək üçün müvafiq tədbirlər görəcəyi bildirilib.
