Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıbbackend

Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, Coşqun Allahverdi oğlu Abbasov və Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*