Vardanyan Rusiya kəşfiyyatının Qarabağdakı fəaliyyətini deşifrə etdi – Kilsə və diasporla İTTİFAQ  backend

Vardanyan Rusiya kəşfiyyatının Qarabağdakı fəaliyyətini deşifrə etdi – Kilsə və diasporla İTTİFAQ  

Rusiya tərəfindən Qarabağa göndərilmiş və bir müddət sonra “vəsifə”sindən qovulmuş Ruben Vardanyan özü də bilmədən Rusiyanın Qarabağdakı çmaraqlarını təmin edən kəşfiyyat hərəkətlərini deşifrə edir.

KONKRET.az xəbər verir ki, o, özünün Facebook yazısında bir qədər də qabağa gedərək bildirib ki, “Qarabağ məsələsi bütün ermənilərin məsələsidir”.

Yazısında ən mühüm məqam isə Ararat Mirzoyanın dünənki “Qarabağ erməniləri Ermənistana mandat verməyib” kimi bəyanatından sonra tələm-tələsik ”Ermənistanda heç bir hökumətin Qarabağ ermənilərinin taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur”, deməsi şübhə doğurur. Əcəba, Nikol və onun komandası Putinlə hansısa məsələdə dil tapıb bəlkə?! Yoxsa, Xaçikyanı dilə gətirən kilsə və diaspor da Vardanyana eyni tezisləri göndərib.

“Bunu Ermənistanın, Qarabağın və erməni dünyasının müxtəlif təşkilat və şəxsləri, bizim kilsə, Kilikiya yepiskopluğu da hiddətlə qarşılayır. Paşinyanın bütün bəyanatlarını pisləyən açıqlamalar verir və fikirlərini sübut edir”, – deyən Vardanyan bir sıra təşəbbüslər irəli sürüb.

Məsələn, Ermənistan adından Qarabağı başqa dövlətin bir hissəsi kimi tanıyanların məsuliyyətə cəlb edilməsinə nail olmaq məqsədi ilə “Hayakve” hərəkatının genişlənməsi gündəmdədir.

Rubenə görə, erməni qadınların Babontera qrupunun yeni təşəbbüsü də kilsə və Rusiya tərəfindən dəstəklənməlidir. Qeyd edək ki, həmin qrupun təşəbbüsünə görə, “Qarabağın Təhlükəsizlik və İnkişaf Cəbhəsi” adlı ictimai hərəkat da yaradılıb.

“Bu vəziyyətdə dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir erməninin biganə qalmaq haqqı yoxdur. Laqeydlik Ermənistan hakimiyyətinin etdiklərinə səssizcə razılıq vermək deməkdir. Ya biz hamımız ayağa qalxıb birlikdə Qarabağın itirilməsinə imkan verməyəcəyik, ya da uyğunlaşıb ermənilərin gələcək nəsillərinə biabırçı miras qoyacaq nəsil olacağıq, – deyən R.Vardanyan hesab edir ki, hələ hər şey əldən getməyib: “Bu biabırçı prosesi dayandırmaq üçün mümkün və mümkün olmayanı etməyə çalışmalıyıq. Və bunun qarşısını almaq üçün sona qədər gedəcəyik”.

Sevinc Paşayeva,

KONKRET.az

  • Məzahir
    İyun 7, 2023 - 08:08

    Son artıq görünür ay vor dana yan, sən onu bir az da yaxınlaşdırırsan !

  • Elshan
    İyun 8, 2023 - 15:08

    Ay sen olesen ermeni tulasi!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*