Vasif Talıbov əməkdar jurnalistə vəzifə verdibackend

Vasif Talıbov əməkdar jurnalistə vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov əməkdar jurnalist Mətanət Məmmədovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

KONKRET.AZ xəbər ki, M. Məmmədova həmin qəzetdə müxbir və NUHÇIXAN İnformasiya Agentliyində köşə yazarı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun noyabrın 26-da imzaladığı digər sərəncamla “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*