Vaşinqtondakı təyyarə qəzasından 4 nəfər sağ çıxıbbackend

Vaşinqtondakı təyyarə qəzasından 4 nəfər sağ çıxıb

Vaşinqtondakı  təyyarə qəzasında ən azı 4 nəfər sağ qalıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. 

KONKRET.az “NBC News”a istinadən xəbər verir ki, təyyarənin düşdüyü Potomak çayında axtarışlar davam edir. Çayda suyun temperaturu sıfırdan bir qədər yuxarıdır.

Bundan əvvəl “Fox News” telekanalı Vaşinqtonda baş verən təyyarə qəzası nəticəsində 60-a yaxın insanın ölə biləcəyini bildirmişdi. Yanvarın 30-da Bakı vaxtı ilə saat 06:00 radələrində təyyarə qəzası ilə əlaqədar Vaşinqtonun Reyqan hava limanında əməliyyatların dayandırılması barədə məlumat daxil olub. Daha sonra Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, hava limanında hərbi helikopter və sərnişin təyyarəsi  toqquşub. Hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp dərhal  məlumatlandırılıb. Vaşinqton hava limanında bütün uçuşlar dayandırılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*