Vaşinqtonun gizli planı ifşa olundu – Minlərlə ABŞ hərbçisi İrana girəcək….backend

Vaşinqtonun gizli planı ifşa olundu - Minlərlə ABŞ hərbçisi İrana girəcək....

ABŞ administrasiyası İranın zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyat planını nəzərdən keçirir.

KONKRET.az New York Post xəbər verir ki, planın həyata keçirilməsi halında ABŞ xüsusi təyinatlı qüvvələri və minlərlə hərbçi İranın əsas nüvə obyektlərinə daxil olaraq zənginləşdirilmiş uranı nəzarətə götürməli və daha sonra təhlükəsiz şəkildə ölkədən çıxarmalıdır.

Məlumata əsasən, əməliyyatın əsas hədəfləri İranın Fordo və İsfahan nüvə obyektləridir. Xüsusilə Fordo kompleksinin prioritet hədəf olduğu bildirilir.

İddialara görə, əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı SEAL Team 6 bölməsi, Reyncers qüvvələri və partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış hərbi bölmələr iştirak edə bilər.

Xəbərdə qeyd olunur ki, hərbçilər obyektlərdə mina və digər partlayıcı təhlükələri aradan qaldırmalı, ərazilərdə müdafiə perimetri yaratmalı və uranın daşınması üçün təhlükəsizlik təmin etməlidirlər. Mütəxəssislərin fikrincə, belə bir əməliyyatın həyata keçirilməsi hərbi tarixdə ən mürəkkəb missiyalardan biri hesab oluna bilər.

Bununla yanaşı, ABŞ administrasiyası yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyib. Vaşinqton və Tehran arasında nüvə proqramı üzrə danışıqlar davam etdiyi bir vaxtda bu planın yalnız media tərəfindən irəli sürülən və rəsmi təsdiqini tapmamış iddia olduğu vurğulanır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*