“Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti mənbələrə istinadən yazıb.
Bildirilib ki, böyük ehtimalla onu Rusiyanın xarici işlər naziri Sergey Lavrov əvəz edəcək.
Qeyd edək ki, G20 sammiti 15-16 noyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək. Rəsmi olaraq Rusiya Prezidenti orada iştirak etmək üçün dəvət alıb. Noyabrın 7-də Kreml Putinin qərarını bu həftə açıqlayacaqlarını bildirib. Həmçinin bu tədbirə dəvət olunan Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya liderinin Baliyə gələcəyi təqdirdə səyahətdən imtina edəcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
