Velosiped sürən uşağı maşın vurub öldürdü – Bakıda FACİƏbackend

Velosiped sürən uşağı maşın vurub öldürdü - Bakıda FACİƏ

Bakıda azyaşlını avtomobil vurub öldürüb.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*