Vətən müharibəsi iştirakçısı qəzada öldü – FOTObackend

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTO

Oğuz rayonunda minik avtomobili traktorla toqquşub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Xaçmaz kənd sakini, 1993-cü il təvəllüdlü Atakişiyev Səxavət Arif oğlu  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yol qəzasında vəfat edən Atakişiyev Səxavət Arif oğlu Vətən müharibəsi iştirakçısı olub.

Faktla baglı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*