“Vəziyyəti çox pisdir, hətta videobağlantı vasitəsilə məhkəmədə iştirak edə bilmir” – Saakaşvilinin anasıbackend

"Vəziyyəti çox pisdir, hətta videobağlantı vasitəsilə məhkəmədə iştirak edə bilmir" - Saakaşvilinin anası

Saakaşvilinin vəziyyəti hazırda çox pisdir, hətta videobağlantı vasitəsilə məhkəmədə iştirak edə bilmir. 

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə siyasətçinin anası deyib.

“Mişanın vəziyyəti hazırda çox pisdir və hətta videobağlantı vasitəsilə də məhkəmə iclasında iştirak edə bilmir.

O, çox xəstədir, bədənində zəhər var. Və zəhər bədəndən çıxarılana qədər ona hər an hər şey ola bilər”, – o deyib.

Saakaşvilinin anası məhkəmənin Gürcüstanın eks-prezidentinin ehtiyaclarını ödəyəcəyinə ümid etdiyini bildirib.

Bu gün Tbilisidə onun işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*