Viktor Orban yenidən Macarıstanın Baş naziri oldubackend

Viktor Orban yenidən Macarıstanın Baş naziri oldu

Viktor Orban yenidən Macarıstanın Baş naziri olub.

KONKRET.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, aprelin 3-də ölkədə keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası özünün kiçik tərəfdaşı Xristian Demokratlar Partiyası ilə birlikdə böyük çoxluqla qalib gəlib. Onlar parlamentdəki 199 yerdən 135-ni qazanıblar.

Bildirilib ki, buna görə Prezident Yanoş Ader mayın 2-də yeni parlamentin ilk iclasında Viktor Orbanın Baş nazir postuna namizədliyini irəli sürmüşdü. Orbanın namizədliyi deputatların çoxu tərəfindən asanlıqla qəbul edilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*