Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin edib.
KONKRET.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Knyaz Həsənov təyin olunub.
K.Həsənov buna kimi Şabran rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyib.