Anar Tofiq oğlu İmamquliyev Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Anar İmamquliyev buna qədər Gəncə şəhər Nizami Rayon Polis Şöbəsinin Təhqiqat Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məlumatı DİN mətbuat xidməti təsdiqləyib.