backend

Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxartdı

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı işdən çıxarılıb.

KONKRET.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Məmmədli təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, F.Məmmədli sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*