Virusa görə işini itirən qız, evdə qalıb cekpot uddu – FOTObackend

Virusa görə işini itirən qız, evdə qalıb cekpot uddu - FOTO

Koronavirus pandemiyasına görə işini itirmiş britaniyalı qız lotereyada cekpot udaraq, bir anda varlanıb.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı Hermoni Dos çimərlikdə xilasedici köməkçisi işləyib, lakin koronavirus pandemiyası ilə əlaqədar işini itirib. Başını qatmaq üçün lotereya alan qız vaxtilə babasına da uğur gətirən rəqəmləri yazıb. Beləliklə, gözləmədiyi halda bəxti gətirib.
Bundan sonra qız il ərzində hər ay 10 min funt-sterlinq (22 284 AZN) alacaq.
“Hələ də yuxu gördüyümü, bütün bunların mənim üçün baş vermədiyini düşünürəm”, – deyə qız bildirib.
O, özünütəcrid rejimində həmin pulları xərcləməyə ehtiyac duymadığını deyib:
“Lakin gələcəkdə ailəmlə tətilə çıxmağı və at almağı düşünürəm”.
Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*