Virusa qarşı XƏBƏRDARLIQ: Antibiotiklərin dəhşətli nəticələri…backend

Virusa qarşı XƏBƏRDARLIQ: Antibiotiklərin dəhşətli nəticələri...

Tibb işçiləri virus infeksiyalarından profilaktik tədbir olaraq antibiotikləri təyin edə bilərlər, lakin nəticədə bu, bakterial ağırlaşma hallarının xeyli sayda artmasına gətirir.

KONKRET.az xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, antibiotiklərin dəhşətli nəticələri barədə məşhur ukraynalı həkim və aparıcı Yevgeni Komarovski özünün “İnstagram” hesabında xəbərdarlıq edib.

Onun sözlərinə görə, insanı müəyyən bakteriya qrupundan xilas edə bilən antibiotik, digər patogen orqanizmlərin çoxalmasına da töhfə verə bilər.

“Həkimlər bilir ki, virus infeksiyası üçün antibiotik təyin edillməsə və sonra sətəlcəm meydana gəlsə, pasiyentlər deyəcəklər ki, bizə heç nə təyin etmədiniz, indi sizin üzünüzdən ağciyər sətəlcəmi olmuşuq”, – deyə mütəxəssis bildirib.

Komarovski infeksion xəstəlik üçün vitamin qəbul etməyin də mənasız olduğunu bildirib. Onun sözlərinə görə, ancaq avitaminoz varsa, onları içmək olar.

Həkim onu da bildirib ki, vitamin kompleksi ancaq insan özünütəcridə düzgün hazırlaşmadığı və zərərli qida ehtiyatı topladığı halda faydalı ola billər.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*