“Volqa” və “Pobeda” avtomobilləri yenidən İSTEHSAL EDİLƏCƏKbackend

"Volqa" və "Pobeda" avtomobilləri yenidən İSTEHSAL EDİLƏCƏK

Rusiya “Volqa” və “Pobeda” avtomobillərini yenidən istehsal edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov məlumat verib. Manturov bildirib ki, Rusiya “Volqa” və “Pobeda” avtomobil markalarını canlandırmağı planlaşdırır.

“Həmkarlarımın “Volqa” və ya “Pobeda” brendini və ya hər ikisini canlandırmaq planları var”, – nazir deyib.

Bu avtomobillərin Nijni Novqorodda istehsal olunub-olunmayacağı ilə bağlı suala o, layihənin müxtəlif obyektlərdə həyata keçirilə biləcəyini deyib. Manturov istehsalın başlanması üçün mümkün tarixləri açıqlamayıb.

Mayın 16-da Moskva meri Sergey Sobyanin bildirib ki, “Moskviç” şəhərin balansına keçmiş “Renault” zavodunda istehsal olunacaq. Rusiya Prezidentinin köməkçisi İqor Levitinin sözlərinə görə, avtomobillər münasib qiymətə satılacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*