Volqoqrad aeroportu mina xəbərinə görə boşaldıldıbackend

Volqoqrad aeroportu mina xəbərinə görə boşaldıldı

Rusiyanın Volqoqrad şəhərinin aeroportu mina xəbərinə görə təxliyə edilib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Volqoqrad Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir neçə saat əvvəl aerovağzal kompleksinin minalanması barədə məlumat daxil olub. Təlimata uyğun olaraq sərnişinlər və işçilər təxliyə edilib, müvafiq yoxlama aparılıb.

Mina qoyulması barədə xəbər əsassız olduğu üçün aeroport yenidən fəaliyyətini bərpa edib. Hazırda hava limanı gündəlik rejimində fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*