“Volvo” dizel avtomobillərinə “əlvida” dedibackend

“Volvo” dizel avtomobillərinə “əlvida” dedi

“Volvo” dizel avtomobillərinin istehsalını dayandırıb. Dizel mühərriki ilə təchiz edilmiş sonuncu krossover XC90 İsveçdəki zavodun konveyerindən çıxıb.

KONKRET.az xəbər verir ki, bu avtomobil satışda deyil və Göteborqdakı “Volvo dünyası” muzeyində sərgilənəcək. Şirkət bununla da dizel mühərrikləri ilə təchiz edilmiş avtomobil istehsalının yarım əsrlik tarixinə son vermiş oldu. “Volvo” 1979-cu ildən altı silindrli Audi mühərriklərindən istifadə edib və 2001-ci ildə öz dizaynında ilk dizel mühərrikini təqdim edib.

“Volvo” hələ 2017-ci ildə yeni dizel mühərriklərinin hazırlanmasından imtina edib. Şirkət bunu belə mühərrikləri tələb olunan karbon qazı emissiyası standartlarına çatdırmağın çox baha olması ilə izah edib.

İsveç brendi belə addımı ilk atanlardan olub. Bundan əvvəl “Porşe” dizel mühərriklərindən imtina edib – bu, “dizelgeyt”in yaratdığı böhran səbəbindən 2018-ci ildə baş verib.

“Volvo”nun başqa səbəbləri də var: dizel mühərrikləri bir də ona görə sıradan çıxarılıb ki, brend elektrik avtomobilləri istehsal edəcək. Bu andan etibarən markanın model xəttində yalnız hibridlər və elektromobillər qalacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*