Vyetnam və Meksika ABŞ-ı geridə qoydubackend

Vyetnam və Meksika ABŞ-ı geridə qoydu

ABŞ ilə artan gərginlik fonunda Çin şirkətləri getdikcə daha çox Vyetnam və Meksikaya sərmayə qoymağa üstünlük verir.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, Çində son maliyyə ilində (martda başa çatıb) Meksikada ən azı 41, Vyetnamda isə daha 39 istehsal və logistika layihəsi elan edilib.

Beləliklə, Vyetnam və Meksika Çin şirkətlərinin həyata keçirdiyi layihələrin inkişafı üçün əsas istiqamət kimi ABŞ-ı geridə qoyub.

Tailand, Malayziya, Macarıstan və Misir də bu göstəricidə liderlik edib. Qeyd olunur ki, ABŞ Çin mallarının idxalına yeni tarif məhdudiyyətləri tətbiq etdiyindən, hətta Çindən olan kiçik bizneslər də üçüncü ölkələrdə öz iştiraklarını genişləndirməyə çalışırlar. Mayın 14-də Ağ Evin mətbuat xidməti xəbər verib ki, ABŞ Çindən polad, elektromobil, kompüter, çip və digər malların idxalına tarifləri artırır. Onun sözlərinə görə, bu tədbirlər Çini texnoloji transfer, əqli mülkiyyət və innovasiya ilə bağlı ədalətsiz ticarət təcrübələrini aradan qaldırmağa təşviq etmək məqsədi daşıyır. Söhbət 18 milyard dollarlıq rüsumdan getdiyi göstərilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*