“WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub”.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir: “WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Jurnalistlərin sayı isə 1200-dən çoxdur”.
