Bu dəqiqələrdə Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə,
hadisə Xaçmaz-Quba yolunun 6-cı km-də, rayonun Yergüc kəndi ərazisində baş verib. “VAZ 2106” markalı avtomobillə əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı avtomobil toqquşub. Bölgə müxbirimizin verdiyi məlumata görə, hələlik hadisə nəticəsində xəsarət alanların kimliyi məlum deyil. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan aldığımız məlumatda bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb. Hələlik qəzanın baş vermə səbəbləri məlum deyil.
Cəlal Fərzəliyev
