Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Seyfulla Tərlan oğlu Laçınov və Davud İlham oğlu Tarıverdiyev xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
