Xalq artistinin oğlunu döyməyə görə daha 2 şəxs saxlanıldıbackend

Xalq artistinin oğlunu döyməyə görə daha 2 şəxs saxlanıldı

Mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulu Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması ilə bağlı cinayət işi açılıb.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə istintaq aparılır.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılıblar.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*