Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları tərəfindən ərazidə hava şarı asılıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, ekologiyanı qorumağa çağıran etirazçılar balonun üzərinə “Stop Ecocide!” yazıblar.
Şuşa şəhərinə qar yağmağına baxmayaraq, ekofəallar və gənc könüllülər hava şarının ətrafında bayraqlarla durublar.
