Xankəndidə Arayik Arutyunyana qarşı mitinqdə qarşıdurma yarandı – VİDEO – YENİLƏNİBbackend

Xankəndidə Arayik Arutyunyana qarşı mitinqdə qarşıdurma yarandı - VİDEO - YENİLƏNİB

Xankəndidə Arayik Arutyunyana qarşı mitinq keçirilir.

KONKRET.az-ın məlumatına görə, ilk dəfədir ki, “artsax hökuməti”nə qarşı çox insanın iştirakı ilə mitinq keçirilir.

Mitinqin Ermənistandakı seçkilərdən dərhal sonra keçirilməsi maraqlı məqamlardan xəbər verir.

Bir neçə saat davam edən mitinqdə insanlar “hökumət binası”na girməyə çalışıblar. Yerli polis və ordu qüvvələrinin köməyi ilə hücum edənlərin qarşısı alınıb.

Bu da qarşıdurmaya səbəb olub.

***

18:02

Bu gün axşam saat 19:00-da Xankəndidə mitinq keçirilməsi planlaşdırılır.

KONKRET.az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Xankəndi sakinlərinə çağırış edilib. Mitinqin Arayik Arutyunyana qarşı təşkil olunduğu bildirilir.

Həyat və yaşayış şəraitlərinin günü-gündən pisləşdiyini və Ermənistanda hakimiyyətin dəyişmədiyindən Arayikin də “hakimiyyət”də qalacağını yəqin edən sakinlər etirazlarını mitinq yolu ilə bildirməyə qərar veriblər.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*