Xankəndidə və Xocavənddə Azərbaycana qarşı mitinq keçirildi – VİDEOLARbackend

Xankəndidə və Xocavənddə Azərbaycana qarşı mitinq keçirildi - VİDEOLAR

Xankəndidə və Xocavənddə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında mitinq keçirilib.

KONKRET.az xəbər verir ki, bu gün axşam saatlarında Azərbaycanın Qarabağ bölgəsində separatçılar Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

“Biz azərbaycanlılarla döyüşməyə hazırıq”, “Ermənistanla birləşmək istəyirik” şüarları altında Xocavənd və Xankəndidə aksiyalar təşkil edilib.

Mitinqlərdən biri saat 18:00-da İrəvanın Fransa meydanında, digəri isə saat 19:00-da Xankəndidə İntibah meydanında keçirilib.

“Arsaxın qorunub saxlanması, eləcə də erməni torpaqlarındakı soydaşlarımız üçün təhlükəsiz və ləyaqətli gələcəyin təmin edilməsi üçün döyüşməyə hazır olduğumuzu bildiririk”, – Xankəndi erməniləri “Arsax Ermənistandır” plakatı ilə Qarabağın ərazi münaqişəsi olmadığını iddia ediblər.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*