Xankəndidən əli üzülən Arutyunyan Göyçədəki yeni malikanəsinə SIĞINACAQbackend

Xankəndidən əli üzülən Arutyunyan Göyçədəki yeni malikanəsinə SIĞINACAQ

Qarabağdakı erməni quldur dəstəsinin başçısı Göyçə gölünün sahilində malikanə tikdirir.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat verib. Məlumatda deyilir ki, Göyçə gölünün sahilində Azərbaycanın Qarabağdakı qanunsuz erməni birləşmələrinin tör-töküntülərinin başçısı Arayik Arutyunyan üçün dəbdəbəli malikanə tikilir.

İmarət Göyçə Milli Parkına məxsus inzibati ərazidə inşa olunur.

Separatçının mətbuat katibi Lusine Avanesyan məsələ ilə bağlı medianın sorğusuna məhəl qoymayıb.

Görünür, Azərbaycan Qarabağ bölgəsi üzərində konstitusiya nəzarətini tam bərpa etdikdən sonra  Arutyunyan öz firavan gələcəyini təmin etmək üçün Göyçə gölünün sahilinə köçməyi və ömrünü orada keçirməyi planlaşdırır.

Xuraman Etibarlı,

KONKRET.az

  • Eldəniz
    Avqust 10, 2022 - 21:03

    Şərəfsiz Araikə Qobustan həbsxanasında coxdan ” villa ” tikiblər , İN ŞƏ ALLAH tezliklə villasına köcəçək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*