“Xankəndini itirəcəyimizi təsəvvürümüzə də gətirmirdik” – Vanesyanbackend

"Xankəndini itirəcəyimizi təsəvvürümüzə də gətirmirdik" - Vanesyan

“Biz Stepanakertin (Xankəndi-red) təslim olacağını təsəvvür edə bilməzdik. İnsanlar bunu bildiklərini deyirlər, amma tanıdıqlarım arasında bunu bilən yox idi. Şəhərin təslim olacağını heç gözləmirdik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Qarabağdan könüllü gəlmiş erməni qadın Qayane Vanesyan jurnalistlə söhbətində deyib.

Qayane Vanesyan Ermənistana gedərkən Həkəri körpüsündə yerləşən Azərbaycan keçid məntəqəsindən necə keçdiklərini təfərrüatı ilə izah edib: “Biz normal keçirdik, bizi sıxışdırmırdılar, amma oğlanlarımıza görə çox narahat idik. Bizə heç bir sual vermədilər, oğullarımızdan soruşdular, amma qızım çox qorxdu. Üç saatlıq yolu üç günə qət etdik”.

Azərbaycanlıların antiterror əməliyyatları zamanı ərinin  infarkt olduğunu deyən Qayane daha sonra deyib: “Dəhşətli çaxnaşma oldu, mat qaldıq. Bu, 44 günlük müharibədən də pis idi, bunun baş verəcəyini heç təsəvvürümüzə də gətirə bilməzdik”.

Qayane qeyd edir ki, o, azərbaycanlılarla həyatı təsəvvür edə bilmir. “Nə qədər ki, onlar oradadırlar, mən geri qayıtmayacağam. Mən uşaq idim, onlarla yaşayırdıq, amma qonşularımız pis deyildi. Amma indi etdikləri hər şeydən sonra onlarla yaşamaq dəhşətlidir, şəxsən mən getməyəcəyəm. Qarabağ ermənilərinin 99 faizi azərbaycanlılarla birlikdə yaşamağa getməyəcək”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

  • ilqar
    Oktyabr 24, 2023 - 23:35

    Sən allah gəl sənsiz bir gunumuz olmasin harsin😂Cəhənnəmə qədər yeriniz var.Bircə iki ayaqli itlərimiz catmirdi.Siz dunyada makrondan basqa kimsəyə gərək deyilsiniz.o yaziqda elə bilir sizdə kişi var demir haminiz kardaşyansiniz😂😂😂

  • Validə Abasova
    Oktyabr 25, 2023 - 15:28

    Təki olsun, tumunuz kəsilsin Azərbaycandan. Amma başa düşmədim, azərbaycanlılar siz nankorlara neyləyib. Ancaq yaxşılıq, bunun əvəzində evlərindən qovdunuz bizimkiləri. Nə üzlə gələ bilərsiz geri? Hərçənd sizdə üzlər var ki…

  • Kənan Məmmədov
    Oktyabr 25, 2023 - 18:56

    Xankəndi Azərbaycanlilarin ulu baba torpağıdir siz Ermənilərə ehtiyacımız yoxdur. Var olsun Azərbaycan Prezidenti və ordusu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*