Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi – RƏSMİ AÇIQLAMAbackend

Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi - RƏSMİ AÇIQLAMA

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fəxri Konsulluğun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, artıq bir neçə gündür ki, Ukraynanın Xarkov şəhərində sakitlikdir, ictimai nəqliyyat marşrutlara çıxır, şəhərə həyat qayıdır.

Fəxri Konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpası tələb olunur.

Bununla əlaqədar bu gündən Fəxri konsulluq yeni ünvanda – Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir. Azərbaycan vətəndaşları aşağıdakı telefon nömrələri ilə Fəxri konsulluqla əlaqə saxlaya bilərlər:

+380503035727 Əfqan Salmanov

+38 0997887071 Oleq Velikix

+380688557004 Viktriya Yanul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*