Xersonda buryatlar və çeçenlər  arasında ATIŞMA – Qənimətləri bölə bilmədilərbackend

Xersonda buryatlarçeçenlər arasında ATIŞMA - Qənimətləri bölə bilmədilər

Xerson vilayətinin işğal olunmuş hissəsində rus ordusunun iki etnik qrupu – çeçenlər və buryatlar arasında atışma olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Facebook sosial şəbəkəsində məlumat yayıb.

“İşğal altında olan Kiselevkada (Xerson vilayətinin Çernobaevskaya kənd icması) Rusiya Federasiyasının çeçen və buryat mənşəli hərbçiləri arasında atışma olub. Gecə insidentində hər tərəfdən 50-dən çox adam iştirak edib. Dəqiq say, yaralı və ölənlər hələ məlum deyil”, – deyə məlumatda bildirilir.

Münaqişənin səbəblərindən biri buryatların  hərbi hücum əməliyyatları keçirmək istəməməsi və çeçenlərə üstünlük verən şərtlərlə bağlıdır.

 

“Sonuncular (“kadırovçular”) ümumiyyətlə cəbhə xəttində deyillər, arxa cəbhədə sırf “mühafizə dəstələri” kimi qalırlar. Onların vəzifəsi işğalçı bölmələrini fəal addımlar atmağa sövq etməkdir. Yəni geri çəkilməyə cəhd edənlərə atəş açmaq”, – mesajda ​​deyilir.

Atışmanın digər səbəbi də ələ keçirilən qənimətin qeyri-bərabər paylanmasıdır, çünki talançılıqdan əsas mənfəəti həmin çeçenlər götürür.

Kəşfiyyat həmçinin bildirir ki, hücum əməliyyatlarında iştirak etmək istəmədiklərinə görə, Zaporojye vilayətinin işğal olunmuş Fedorovka bölgəsində Rusiya silahlı qüvvələrinin komandirləri və şəxsi heyəti arasında münaqişə yaranıb.

“Məlum oldu ki, rus podratçılara “Krım ssenarisi” üzrə əməliyyat aparılacağı vəd edilib. Yəni, Ukraynadan müqavimətin olmaması, işğal olunmuş ərazilərdə mənzillərin ayrılması və xidmətin rahat keçməsi”, – kəşfiyyat xəbər verir.

“Əsl mənzərəni görən bir çox rusiyalı xidmətini davam etdirməkdən imtina etdi. Bu, münaqişəyə səbəb oldu və FTX nümayəndələri bu məsələni həll etmək üçün gəldilər. Hərbçilərin bəziləri dindirildikdən sonra naməlum istiqamətə aparılıb”, – məlumatda qeyd olunub.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*