Xəbər verdiyimiz kimi, bu gündən “Bakı Metropoliteni” QSC tərəfindən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Bu səbəbdən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb.
“28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən dünəndən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib.
KONKRET.az hazırda “28 May” metro stansiyasının qarşısındakı vəziyyətlə bağlı Photostock.az-ın hazırladığı fotoreportajı təqdim edir:

