Xəzərdə 60-dan çox brakonyer saxlanıldıbackend

Xəzərdə 60-dan çox brakonyer saxlanıldı

Qazaxıstan sərhədçiləri rusiyalı və azərbaycanlı həmkarları ilə birlikdə aprelin əvvəlindən Xəzər dənizinin akvatoriyasında 60-dan çox brakonyer saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 1-dən Qazaxıstan MTK-nın Sərhəd Xidməti tərəfindən respublikanın müvafiq dövlət orqanları, eləcə də Azərbaycan və Rusiya sərhəd idarələri ilə birlikdə Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi üzrə əməliyyat-profilaktik tədbirlərin növbəti mərhələsi həyata keçirilir. Birgə əməliyyatlar başlayandan bəri 39 kiçik gəmidə 63 cinayətkar saxlanılıb, 187 km brakonyerlik silahı ələ keçirilib”, – komitənin məlumatında bildirilir.

Məlumat görə, inzibati cərimələrin məbləği 3 milyon təngədən (6,6 min dollar) çoxdur. 1041 nərə balığı, 14 min 659 sıx torla tutulan balıq və 63 suiti təbii yaşayış mühitinə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*