Xəzərin dibi ilə bağlı elmi araşdırmalar aparılacaq-İLK DƏFƏbackend

Xəzərin dibi ilə bağlı elmi araşdırmalar aparılacaq-İLK DƏFƏ

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Moskva Geoloji Kəşfiyyat İnstitutu ilə birgə Xəzərin dibinin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparacaq. Bu barədə “APA-Economics”ə RSXM-dən deyiblər.

Mərkəzdən bildiriblər ki, aparılacaq işlərə dair Azərbaycan tərəfindən anlaşma artıq imzalanıb, qarşı tərəfdən isə sənədin imzalaması Rusiyada iyulun 4-də gözlənilir.

“Ümumiyyətlə, layihə çərçivəsində kompleks işlərin aparılması nəzərdə tutulub. Belə ki, Xəzər dənizinin dibində, xüsusilə də neft-qaz yataqları yaxınlığında seysmotektonik, geodinamik proseslər, üfüqi hərəkətlər və digər təbii halların araşdırması nəzərdə tutulub”, – deyə RSXM-dən əlavə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*