Xidmətini başa vurmuş əsgərlər ehtiyata buraxılacaqmı? – AÇIQLAMAbackend

Xidmətini başa vurmuş əsgərlər ehtiyata buraxılacaqmı? - AÇIQLAMA

Bildiyiniz kimi koronavirusla mübarizə fonunda bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Cəmiyyət üçün aktual məsələlərdən biri də hərbi xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması ilə bağlı hər hansı bir dəyişiklik olub-olmamasıdır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlının KONKRET.az-a açıqlamasını təqdim edirik: “Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır”.

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*